İspaniya La Liqasında 13-cü tura yekun vurulub.
Fanat.Az xəbər verir ki, bu gün 5 oyun baş tutub.
“Betis” – “Selta” və “Valyadolid” – “Atletik” duelləri bərabərliklə bitib. “Malyorka” evdə “Atletiko Madrid”ə, “Xetafe” isə “Jirona”ya yenilib. Qonaq qismində “Real Sosyedad” ilə qarşılaşan lider “Barselona” ddaməğlubiyyət acısı dadıb.
Bu turun “Espanyol” – “Valensiya” oyunu təxirə salınıb.
Hazırda 33 xalı olan “Barselona” vahid liderdir. “Real” 27 xalla 2-ci, “Atletiko” 26 xalla 3-cü yerdə mövqe tutub. “Vilyarreal”ın 24, “Osasuna”nın 21, “Atletik” və “Betis”in 20 xalı var.
İspaniya La Liqası
13-cü tur
8 noyabr
Rayo Valyekano – Las Palmas 1:3
Qollar: Makkenna, 90+2 – F.Silva, 6. A.Hernandes, 62-öz qapısına. Fuster, 66.
9 noyabr
Real M – Osasuna 4:0
Qollar: Vinisius, 34; 61; 69. Bellingem, 42.
Vilyarreal – Alaves 3:0
Qollar: Akomaç, 38. Parexo, 81-pen. Komesana, 90.
Leqanes – Sevilya 1:0
Qol: De la Fuente, 82-pen.
10 noyabr
Betis – Selta 2:2
Qollar: Vitor Roke, 40. Bartra, 90+5 – X.Rodriqes, 13. Duvikas, 82.
Malyorka – Atletiko Madrid 0:1
Qol: Alvares, 61.
Xetafe – Jirona 0:1
Qol: Herrera, 42.
Valyadolid – Atletik Bilbao 1:1
Qol: Moro, 79 – Quruseta, 90+4.
Real Sosyedad – Barselona 1:0
Qol: Bekker, 33.