AZ

Azərbaycan rəsmiləri COP29 məkanında “Mavi zona” ilə tanış olublar (FOTO)

Bakı. Trend:

Azərbaycan rəsmiləri COP29 məkanında “Mavi zona” ilə tanışolublar.

Trend xəbər verirki, rəsmilər arasında baş prokuror Kamran Əliyev, AzərbaycanMərkəzi Bankının sədri Taleh Kazımov, SOCAR-ın prezidenti RövşənNəcəf, Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri RəşadNəbiyev, Azərbaycanın kənd təsərrüfatı naziri Məcnun Məmmədov,İnsan hüquqları üzrə müvəkkil (Ombudsman) Səbinə Əliyeva vədigərləri var.

Qeyd edək ki, bu gün BMT-nin İqlim Dəyişikliyi üzrə ÇərçivəKonvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasınınaçılışı baş tutub. Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcəkCOP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir vəregionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunacaq.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Azərbaycan
Azərbaycan
Məqalədə:
Seçilən
19
7
az.trend.az

10Mənbələr