AZ

Azərbaycanın bank sektoru COP29-da 2030-cu ilə qədər maliyyə öhdəliklərini təqdim edəcək - Taleh Kazımov

Bakı. Trend:

Azərbaycanın bank sektoru COP29-da 2030-cu ilə qədər üzərinəgötürdükləri maliyyə öhdəliklərini təqdim edəcək.

Trend xəbər verir ki, bunuAzərbaycan Respublikası Mərkəzi Bankının sədri Taleh Kazımov Bakıdakeçirilən COP29 çərçivəsində jurnalistlərə bildirib.

"Azərbaycan Mərkəzi Bankı maliyyə sektoru ilə birlikdə 3 tədbirkeçirəcək və bankların Azərbaycanda "Yaşıl" transformasiyanımaliyyələşdirmək üçün üzərinə götürdükləri maliyyə öhdəliklərisəsləndiriləcək.

İnanıram ki, bu, əhəmiyyətli bir hadisə olacaq, çünki banksektoru 2030-cu ilə qədər yerinə yetirməyə hazır olduğu xüsusimaliyyə öhdəliklərini elan edəcək", - o deyib.

Qeyd edək ki, dünən BMT-nin İqlim Dəyişikliyi üzrə ÇərçivəKonvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasınınaçılışı olub. Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir vəregionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunacaq.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Seçilən
63
25
az.trend.az

10Mənbələr