AZ

Rafael Qrossi COP29 çərçivəsində İranın nüvə proqramının müzakirəsinin mümkünlüyünü şərh edib

Bakı. Trend:

Ümumilikdə qlobal nüvə məsələsi vacib mövzu olaraq qalır, İranisə strateji məsələdir və bu mövzunu Tehranda müzakirəedəcəyik.

Trend xəbər verir ki, bunuAtom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) Baş direktoruRafael Qrossi Bakıda keçirilən COP29 çərçivəsində jurnalistlərəbildirib.

"Biz daim görüşürük. Xüsusilə Nyu-Yorkda yüksək səviyyədəgörüşlərimiz olub. Lakin bu dəfə Tehranda prezident, xarici işlərnaziri və digər rəsmi şəxslərlə görüşəcəyəm. Bu çox mühüm birməqamdır", - deyə o bildirib.

Onun sözlərinə görə, geosiyasət və iqlim dəyişikliyi məsələləribir-biri ilə sıx əlaqəlidir. Qəbul edilən qərarlar hər bir ölkəninseçimləri ilə yaxından bağlıdır. Beləliklə, təhlükəsizlik və enerjiməsələsi əhəmiyyətli amilə çevrilmişdir.

"İndi düşünürəm ki, energetikanın təhlükəsizlik aspekti də var.Bunu nəzərdən qaçıra bilmərik, ikinci plana ata bilmərik", - oəlavə edib.

Qeyd edək ki, dünən BMT-nin İqlim Dəyişikliyi üzrə ÇərçivəKonvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasınınaçılışı olub. Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir vəregionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunacaq.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Seçilən
45
16
az.trend.az

10Mənbələr