AZ

Kadr çatışmazlığı mövzusu müzakirə olunub və bu istiqamətdə işlərə başlanılıb - Adil Kərimli

Bakı. Trend:

Mədəniyyət nazirliyində kadr islahatları çərçivəsində əsasdiqqət ona yönəlib ki, daha peşəkar, xüsusi bilik və bacarığı olanşəxslər, yəni müvafiq sahələr üzrə mütəxəssislər işə cəlbolunsunlar.

Trendxəbər verir ki, bunu COP29 tədbiri zamanı jurnalistlərəaçıqlamasında Mədəniyyət naziri Adil Kərimli deyib.

O bildirib ki, kadr çatışmazlığı mövzusu müzakirə olunub və buistiqamətdə işlərə başlanılıb.

"Kadr hazırlığı prosesi nazirliyin fəaliyyətinin əsas prioritetistiqamətlərindəndir. Bu və ya digər istiqamətlər üzrə ali təhsilalmış şəxslərin mədəniyyət sahəsinə cəlb olunması əsasniyyətlərimizdən biridir. Mədəniyyət sahəsi üzrə təhsil almışşəxslərin menecerlik qabiliyyətlərinin artırılması üzrə əlavətədris proqramları nazirlik tərəfindən təqdim edilib. Bu il cənabPrezidentin müəyyən etdiyi istiqamətlər üzrə Mədəniyyət Nazirliyixaricdə təqaüd proqramı təsis etdi. Proqram çərçivəsində bir çoxazərbaycanlı tələbə təqaüd alaraq mədəniyyət sahəsi üzrətəhsillərini davam etdirirlər. Mədəniyyət menecerləri, digər zəruripeşələrlə bağlı kadr hazırlığı barədə ciddi işlər görülməlidir. Həmxarici mütəxəssislərdən ibarət təlimçilərin bura cəlb edilməsi, həmxarici təhsil müəssisələrdə tələbələrimizin əlavə təhsilə cəlbedilməsi istiqamətində tədbirlər görülür”,- o əlavə edib.

Mədəniyyət naziri vakant yerlərin mövcudluğunu da diqqətəçatdırıb.

“Bilirsiniz ki, ötən il kadr bankı yaratmışıq. Kadr bankınıntəhlil edilməsi və insanların müraciətləri nəzərə alınmaqla,müvafiq istiqamətlərə təyinatlar barədə ciddi işlər aparılır”,-nazir qeyd edib.

Məqalədə:
Seçilən
6
5
az.trend.az

7Mənbələr