AZ

Azərbaycan və Qırğızıstan COP29-da enerji əməkdaşlığı üzrə "yol xəritəsi" imzalayacaqlar

Azərbaycan və Qırğızıstan noyabrın 15-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində energetika sahəsində əməkdaşlığa dair “yol xəritəsi” imzalayacaqlar.

Bu barədə “Report”a eksklüziv müsahibəsində Qırğızıstanın energetika naziri Taalaybek İbrayev bildirib.

"Hesab edirəm ki, COP29 bizi, yəni iki ölkənin energetika nazirlikləri arasındakı münasibətləri yaxınlaşdırıb. Ümid edirəm ki, bu işi sıx təmasda davam etdirəcəyik", - T.İbrayev qeyd edib.

O xatırladıb ki, Azərbaycan Energetika Nazirliyi ilə Qırğızıstan Energetika Nazirliyi arasında daha əvvəl əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb: "Bu fürsətdən istifadə edərək noyabrın 15-də iki ölkənin energetika nazirlikləri arasında “yol xəritəsi” imzalamağı planlaşdırırıq. Bizim ortaq maraqlarımız var. Azərbaycan tərəfinin su, külək və günəş stansiyalarının tikintisinə, Qırğızıstanın isə avadanlıq tədarükünə marağı var".

Seçilən
37
10
azpolitika.info

10Mənbələr