AZ

Çin COP29-da sıfır emissiya səylərini birləşdirməyə çağırıb

Bakı. Trend:

Bu günlərdə Azərbaycanın paytaxtında keçirilən COP29 iqlimkonfransı çərçivəsində “Beynəlxalq Sıfır Emissiya AdalarıƏməkdaşlığı” mövzusunda konfrans təşkil edilib.

Trend xəbərverir ki, tədbir Çin Xalq Respublikasının nümayəndə heyətitərəfindən təşkil olunub və müvafiq olaraq bu nümayəndə heyətininCOP29-dakı “Mavi Zona” pavilyonunda keçirilib.

Maldiv adalarının səkkizinci prezidenti Mohamed Muizzi, Çin Başnazirinin müavini Dinq Syuesyan, Birləşmiş Millətlər Təşkilatınınİqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (UNFCCC) icraçıkatibi Saymon Stil, həmçinin müvafiq dövlət qurumlarının yüksəkvəzifəli şəxsləri və konfrans nümayəndələri, böyük biznestəmsilçilərinin iştirak etdiyi tədbirdə qeyri-hökumət sektoru,ekspert icması çıxış edib.

Konfransda COP29-a ev sahibliyi edən dövlət adından AzərbaycanınÇXR-dəki səfiri Bünyad Hüseynov iştirak edib.

Konfransda çıxış edənlər hazırkı sammitin yüksək səviyyədətəşkilinə görə Azərbaycan dövlətinə minnətdarlıqlarını bildiriblər.Onlar öz çıxışlarında karbon emissiyalarının azaldılmasında birgəsəylərin artan rolunu və bu məqsədə nail olmaq üçün resurslarınbirləşdirilməsinin zəruriliyini qeyd ediblər. Davam edənproqramların təkcə dövlətlər tərəfindən deyil, həm də özəl sektor,xüsusilə transmilli korporasiyalar tərəfindən maliyyə dəstəyimexanizmlərinin işlənib hazırlanmasının zəruriliyi vurğulanıb.

Məqalədə:
Seçilən
17
3
az.trend.az

5Mənbələr