AZ

"COP29 inkişaf etməkdə olan ölkələr üçün şərait yaradır" -

COP29 Afrika qrupunun inkişaf etməkdə olan ölkələri üçün iqlim məqsədlərinə çatmaq istiqamətində şərait yaradılmasına kömək edən bir platformadır.Metbuat.az xəbər verir ki, bu barədə Keniyanın Baş naziri Musalia Mudavadi COP29 çərçivəsində keçirilən “COP sədrlikləri “Troyka”nın yüksəksəviyyəli dialoqu: Ortaq rifahın gələcəyinə doğru Missiya 1,5 üçün Yol Xəritəmiz” adlı tədbir zamanı bildirilib."COP29 Afrika qrupu ölkələri üçün danışıqlar platforması deyil, inkişaf etməkdə olan ölkələrə iqlim məqsədlərinə çatmaq üçün şərait yaradılmasına kömək edən bir platformadır. Biz COP29-u Missiya 1,5-ə doğru Yol Xəritəsinin bir hissəsi olaraq qəbul edirik. COP30 bu proqramın inkişafını davam etdirə bilər", - deyə o vurğulayıb.Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub. Dünən isə Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Liderlər Sammitinin açılış mərasimi keçirilib.Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunacaq.COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Seçilən
57
13
metbuat.az

10Mənbələr