AZ

Millinin Baş məşqçisi: "Komanda Estoniya ilə oyuna yaxşı hazırlaşıb"

Millinin

"Bu illər ərzində Azərbaycan millisinin heç vaxt qazanmadığı uğurları əldə etməyi planlaşdırmışam".

Məlumata görə, bunu Azərbaycan yığmasının baş məşqçisi Fernandu Santuş UEFA Millətlər Liqasının V turunda Qəbələdə Estoniya ilə keçiriləcək matçdan öncə mətbuat konfransında bildirib.

Portuqaliyalı mütəxəssis komandanın durumunu dəyərləndirib:

"Komanda Estoniya ilə oyuna yaxşı hazırlaşıb. Futbolçular istəkil və motivasiyalıdırlar. Sabah yaxşı nəticə qazanmaq üçün əllərindən gələni edəcəklər. Qarşıya məqsəd qoyulub. Oyundan-oyuna inkişaf edirik. 2028-ci ilə qədər müqaviləm var. Məqsəd odur ki, yaxşı heyət quraq. 2027-ci ildə bunların hamısını təhlil etmək mümkün olacaq".

69 yaşlı məşqçi yığmada verilən bütün qərarların ona məxsus olduğunu vurğulayıb:

"Milliyə təzə gəlmişəm. Oyunçularla bağlı verilən qərarlar yalnız mənə məxsusdur. Bütün oyunları izləyirəm və futbolçuları tanıyıram. Oyunçularla bağlı qərarlar yalnız mənə məxsusdur. Kənardan heç nə qətiyyən mənə və qərarlarıma təsir etmir. Kimin kömək olacağını hiss edirəmsə, onu da yığmaya çağırıram”.

O, komandanın son iki matçda yaxşı çıxış etdiyini söyləyib:

“Son iki oyunda sözün əsl mənasında yaxşı çıxış etdik. Futbolçularımız inkişafdadır. Estoniya ilə ilk oyunda gözlənilməz qollar buraxdıq və məğlub olduq. Təhlillər zamanı hansı səhvlər olduğunu görürük. Onları aradan qaldırmağa çalışacağıq. Slovakiya ilə matçda da komanda yaxşı oyun göstərdi. Sonra 10 nəfərlə qaldıq”.

Qeyd edək ki, Azərbaycan - Estoniya qarşılaşması noyabrın 16-da, saat 18:00-da Qəbələ şəhər stadionunda keçiriləcək(Report).
Seçilən
5
13
reyting.az

10Mənbələr