AZ

KTMT-nin baş katibi sammitdən sonra İrəvana səfər edəcək

Minsk sammitindən sonra Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi İmanqali Tasmaqambetov İrəvana səfər edəcək. O, sənədləri imzalanması üçün Ermənistan tərəfinə təqdim edəcək. Ermənistanın baş naziri Nikol Paşinyan bundan əvvəl tədbirdə iştirakdan imtina edib. 

Qaynarinfo xəbər verir ki, bu barədə BELTA məlumat yayıb.

"Bu gün veriləcək bütün qərarlar tamamilə qanunidir. Təşkilatın qaydalarına və proseduruna uyğun olaraq, qərarlar bütün üzv ölkələrin razılığı ilə qəbul edilir. Biz razılaşdıq ki, sammitdən sonra KTMT-nin baş katibi İrəvana səfər edəcək”, deyə Belarusun xarici işlər naziri Sergey Aleynik bildirib.

Nazir izah edib ki, razılaşma komissiyası çərçivəsində yekunlaşan bütün qərarlar Ermənistan tərəfinə veriləcək. Minsk İrəvanın razılaşmalara qoşulacağına ümid edir. Aleynik Ermənistan rəhbərliyinin sammitə gəlməməsi ilə bağlı sakit olduğunu bildirib.

Belaruslu nazir deyib ki, razılaşma komissiyası dövlət başçılarının baxılması və təsdiqi üçün bu gün təqdim olunacaq bütün 15 sənədi praktiki olaraq razılaşdıra bilib.

Qeyd edək ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bir gün əvvəl, noyabrın 22-də Ermənistanın KTMT sammitində yüksək səviyyədə iştirak etməyəcəyinə təəssüfləndiyini bildirib. Kreml İrəvanın təşkilatın işində iştirakını davam etdirəcəyini gözləyir. Ermənistanın baş naziri Nikol Paşinyan və onun hökumət nümayəndələri dəfələrlə KTMT-dən çıxmağı müzakirə etmədiklərini bəyan ediblər.

Nizami Bağırov
Seçilən
272
50
Mənbələr
Şərh ()
Bağla