AZ

Abdollahian BCM-dən Qəzza zolağında araşdırmaları sürətləndirməyi tələb edib

İranın xarici işlər naziri Hüseyn Əmir Abdollahian Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) sədri və prokuroru Piotr Hofmanski və Kərim Əhməd Xana yazılı müraciətlər göndərərək, İsrailin Qəzza zolağındakı hərəkətlərini dayandırmağı tələb edib. Bizimyol.info xəbər verir ki, müvafiq bəyanat İslam Respublikası Xarici İşlər Nazirliyinin teleqram kanalında dəc edilib. “İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Beynəlxalq Cinayət Məhkəməsinin sədri və prokuroruna məktublar göndərərək Qəzza zolağında son cinayətlərin araşdırılmasının sürətləndirilməsinin vacibliyini vurğulayıb. O məktubunda bildirib ki, Qəzza zolağının vəhşicəsinə bombalanması və İsrailin 14 mindən çox dinc sakinin ölümünə və ən azı 32 min insanın yaralanmasına səbəb olan anklavı işğal etməsi müharibə cinayətlərinin bariz nümunəsidir. Nazir qeyd edib ki, bunlar insanlığa qarşı cinayət və soyqırım aktları kimi qiymətləndirilməlidir”, deyə teleqram kanalında paylaşılan mətndə qeyd edilib. Qadir, Bizimyol.info

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
266
7
bizimyol.info

10Mənbələr