Türkiyənin gündəmində olan “Köfteci Yusuf”da yaşanan qalmaqaldan sonra daha bir dönər firmasından xoşagəlməz xəbər gəlib.
Publika.az xəbər verir ki, dünyaya dönər idxal edən şirkətin dönərində salfetlər, sümüklər və yad cisimlər aşkarlanıb.
25 ildən artıqdır ki, fəaliyyət göstərən şirkət buna görə öz işçisini günahlandırıb.
Qeyd edilib ki, işçinin diqqətsiz davranışları ucbatından bütün dönərlər tək-tək yoxlanıb. Şirkətə maddi və mənəvi ziyan dəyib.
Dönərin içinə insan sağlamlığına zərərli maddələr qoyduğu müəyyən edilən işçiyə qarşı 3 ilə qədər həbs tələbi ilə iddia qaldırılıb.