AZ

Azərbaycandan Fars körfəzinə dəmir yolu çəkilə bilər

İran və Rusiya rəsmiləri Azərbaycanla sərhəddəki Parsabad şəhərindən Fars körfəzinin sahilində İranın ən böyük limanı olan Bəndər-Abbasa qədər dəmir yolu inşasını müzakirə edirlər.

Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, bu barədə İslam Respublikasının Moskvadakı səfiri Kazım Cəlali bildirib.

"Rəşt-Astara dəmir yolu xəttinə əlavə olaraq, rusiyalılar Parsabad ilə Bəndər-Abbas arasında dəmir yolunun tikintisinə sərmayə yatırmaq istəyirlər", - Cəlali bildirib.

Seçilən
1
21
bakivaxti.az

10Mənbələr