AZ

İran və Rusiya Azərbaycanla sərhəddən Fars körfəzinədək dəmir yolunun çəkilişini müzakirə edirlər

İran və Rusiya rəsmiləri Azərbaycanla sərhəddəki Parsabad şəhərindən Fars körfəzinin sahilindəki Bəndər-Abbas şəhərinə qədər dəmir yolunun inşasını müzakirə edirlər.

Medianews.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə İranın Moskvadakı səfiri Kazım Cəlali bildirib.

“Rəşt-Astara dəmir yolu xəttinə əlavə olaraq, rusiyalılar Parsabad ilə Bəndər-Abbas arasında dəmir yolunun tikintisinə sərmayə yatırmaq istəyirlər”, – deyə səfir İran Prezidenti Məsud Pezeşkian ilə görüşündə bildirib.

Pezeşkian qeyd edib ki, şimaldan cənuba doğru dəmir yollarının genişləndirilməsi ölkə xalqına, iqtisadiyyata fayda gətirəcək və Rusiya ilə İranın iqtisadi ehtiyaclarını təmin edə bilər. O, Rəşt-Astara marşrutunun tikintisinin sürətləndirilməsi ilə bağlı tapşırıq verib.

Seçilən
3
21
medianews.az

10Mənbələr