"Mazarina Trade Company" MMC-nin qanuni təmsilçisi Məmmədov Qədir Şirsoltan oğluna inzibati protokol yazılıb.
Pravda.az-ın xəbərinə görə, Q.Məmmədov barəsində protokol Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir) və 192.4-cü (İşçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə, vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir) maddələrinə əsasən tərtib olunub.
İş Nəsimi Rayon Məhkəməsinin hakimi Elməddin Hüseynovun sədrliyi ilə araşdırılacaq.
Qeyd: "Yaçno Solınşko", "Henkel", "Garnier", "Soffione", "Ernet", Tibet", "Off", "Salloon", "Canbebe", "Raid", "Synergetic", , "Pronto", "Utenok", "MR Muscle", "Seni", "Heinz", "Elfbar", "Kodak", "Glade", "Camsil", "Avon" "Altın", "Kodak", "Bella", "Belgua", "Ontex", "Tzmo", "Arnier", "Kenton" kimi məhsullar “Mazarina Trade Company” tərəfindən ölkəmizə idxal olunur və marketlərə paylanır.
Xəyal Quliyev