AZ

"Evro İnşaat" barəsində protokol tərtib edildi - Yüksək məbləğdə cərimə

"Evro İnşaat" MMC-yə inzibati protokol yazılıb.

 

Pravda.az-ın xəbərinə görə, protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib olunub.

 

İş Abşeron Rayon Məhkəməsinin hakimi Cəmilə Səfiyevanın sədrliyi ilə araşdırılacaq.

 

Xəyal Quliyev

Tarix: 20 Noyabr 2024, 10:37   
Seçilən
27
8
pravda.az

10Mənbələr