AZ

Balıq tutmağa getmişdi, çaydan meyiti tapıldı

Astarada kişi meyiti tapılıb.

“Qafqazinfo” xəbər verir ki, rayonun Pensər kəndi ərazisində Pensərçaydan rayon sakini 74 yaşlı Əliyarov Allahbağış Əsəd oğlunun meyiti aşkarlanıb.

Qeyd edək ki, A.Əliyarov balıqçı olub. O, noyabrın 14-ü Pensərçaya balıq tutmağa gedibmiş. Bu zaman ayağı sürüşüb və suya düşüb.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Surxay Şahbazov

Seçilən
53
3
qafqazinfo.az

4Mənbələr