AZ

Balıq tutmağa getmişdi - faciəvi şəkildə öldü

Astarada kişi meyiti tapılıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki,  rayonun Pensər kəndi ərazisində Pensərçaydan rayon sakini 74 yaşlı Əliyarov Allahbağış Əsəd oğlunun meyiti aşkarlanıb.

Qeyd edək ki, A.Əliyarov balıqçı olub. O, noyabrın 14-ü Pensərçaya balıq tutmağa gedibmiş. Bu zaman ayağı sürüşüb və suya düşüb.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Milli.Az

Seçilən
12
3
milli.az

4Mənbələr