AZ

Gürcüstan prezidenti ölkədə yeni parlament seçkiləri keçirmək istəyir

Gürcüstan Prezidenti Salome Zurabişvili oktyabrın sonunda baş vermiş iradə ifadəsinin nəticələrini tanımadığı üçün ölkədə yeni parlament seçkilərinin təyin edilməsini təklif edib.

 

Sfera.az xəbər verir ki, przeident bu barədə brifinqdə danışıb.

 

"Mən aşağıdakıları təklif edirəm...Bunlar yeni seçkilərdir", - o deyib.

 

Zurabişvili qeyd edib ki, seçkilər Mərkəzi Seçki Komissiyasının yeni tərkibi formalaşdıqdan və səsvermə reqlamentinə dəyişikliklər edildikdən sonra keçirilməlidir.

 

Prezident bildirib ki, noyabrın 19-da o, parlament seçkiləri zamanı yol verdiyi iddia edilən qanun pozuntuları ilə bağlı Gürcüstanın Konstitusiya Məhkəməsinə şikayət göndərməyi planlaşdırır. Onların arasında o, konfidensiallığın olmaması və ümumi seçki hüququnun pozulmasının, yəni xaricdə yaşayan vətəndaşların seçkilərdə iştirak imkanlarının pozulmasının adını çəkib.

 

Zurabişvilinin sözlərinə görə, seçkilərdən sonra ölkədə sabitliyin pozulması təhlükəsi yaranıb.

 

Oktyabrın 26-da keçirilən seçkilər nəticəsində hakim “Gürcü Arzusu” partiyası seçicilərin 53,93 faizinin dəstəyini qazanaraq parlamentdəki yerlərin əksəriyyətini – 89 mandatı qazanıb. Zurabişvili və müxalifət səsvermənin nəticələrini tanımaqdan imtina edib və hakimiyyəti onları saxtalaşdırmaqda ittiham edib. Parlamentə daxil olan dörd müxalifət partiyasının nümayəndələri öz yerlərindən imtina ediblər. Prezidentin seçkilər zamanı iddia edilən pozuntularla bağlı açıqlamaları Zurabişvilinin getməkdən imtina etdiyi Baş Prokurorluğa dindirilməyə çağırılmasına səbəb olub.

 

İnci 

Seçilən
44
32
sfera.az

10Mənbələr