Bu gün Azərbaycan milli komandası UEFA Millətlər Liqasında növbəti oyununa çıxacaq.
Modern.az-ın məlumatına görə, millimiz VI turda İsveçin qonağı olacaq.
Solna şəhərindəki “Strouberri Arena”da keçiriləcək matç Bakı vaxtı ilə saat 23:45-də start götürəcək.
Görüşü Polşadan olan hakimlər briqadası idarə edəcək.
Bu yığmalar arasındakı ilk oyun millimizin 1:3 hesablı məğlubiyyəti ilə başa çatıb. 5 turdan sonra 1 xalı olan Azərbaycan yığması qrupda sonuncu, İsveç isə 13 xalla birincidir.
UEFA Millətlər Liqası
C liqası, VI tur
19 noyabr
23:45. Azərbaycan - İsveç
Baş hakim: Pavel Raçkovski (Polşa)
“Strouberri Arena”