AZ

Azərbaycan millisi bu gün Millətlər Liqasında növbəti oyununa çıxacaq

Bu gün Azərbaycan milli komandası UEFA Millətlər Liqasında növbəti oyununa çıxacaq.

Bizim.Media xəbər verir ki, millimiz VI turda İsveçin qonağı olacaq.

Solna şəhərindəki “Strouberri Arena”da keçiriləcək matç Bakı vaxtı ilə saat 23:45-də start götürəcək.

Görüşü Polşadan olan hakimlər briqadası idarə edəcək.

Bu yığmalar arasındakı ilk oyun millimizin 1:3 hesablı məğlubiyyəti ilə başa çatıb. 5 turdan sonra 1 xalı olan Azərbaycan yığması qrupda sonuncu, İsveç isə 13 xalla birincidir.

Bizim.Media

Seçilən
1
8
bizim.media

10Mənbələr