AZ

İspaniya millisi öz rekordunu yeniləyib

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Futbol üzrə İspaniya millisi öz rekordunu yeniləyib.
Oxu.Az xəbər verir ki, son Avropa çempionu buna Millətlər Liqasının qrup mərhələsinin VI turunda İsveçrəni məğlub etməklə (3:2) nail olub.
Komanda 2024-cü ildə yoldaşlıq matçları da daxil olmaqla keçirdiyi 17 görüşün 14-də qalib gəlib.
Daha əvvəl yığmanın ən yaxşı göstəricisi 2010-cu ildə dünya çempionu olduğu vaxta təsadüf edib. İspaniya həmin dönəmdə 17 qarşılaşmanın 13-də meydandan qələbə ilə ayrılıb.
Qeyd edək ki, ispanlar sonuncu dəfə 2024-cü il martın 23-də Kolumbiyaya yoldaşlıq oyununda yenilib - 0:1.
Seçilən
96
33
oxu.az

10Mənbələr