Ukrayna Amerika istehsalı olan ATACMS raketləri ilə Rusiyanın ərazisinə zərbə endirib.
Raketlər Briyan regionunda bir silah anbarını hədəf alıb.
Musavat.com xəbər verir ki, bu barədə jurnalist Yuri Butusov məlumat verib.
Qeyd edək ki, ATACMS (Army Tactical Missile System) raketləri uzun mənzilli, çox güclü və müxtəlif döyüş başlıqları daşıyabilən raketlərdir.
Bu raketlər ABŞ tərəfindən Ukraynaya verilən və döyüşlərdə istifadəyə icazə verilən ən yeni texnologiyalardan biridir.
Raketlərin məqsədi strateji obyektləri və dərinlikdə yerləşən hədəfləri vurmaqdır, hansı ki, bu da Ukrayna ordusunun hücum imkanlarını artırır.
ABŞ bu cür raketlərin istifadəsinə icazə verdikdən sonra, bu tip silahların istifadəsi Ukraynanın hərbi əməliyyatlarında yeni bir mərhələnin başlanğıcını göstərir.
Yuri Butusovun verdiyi məlumata görə, zərbələr hədəfə dəqiq çatıb və ciddi dağıntılara səbəb olub.
Zərbə nəticəsində Rusiyanın mühüm hərbi ehtiyatları olan anbarın böyük zərər gördüyü bildirilib.
Musavat.com