AZ

Fransanın Qərbə XƏYANƏTİ: Ermənistan vasitəsilə İrana gizli məlumatlar ötürülür – SENSASİON DETALLAR

“Ermənistan Fransa və İran arasında gizli vasitəçi qismində çıxış edərək, tərəflər arasında mesajların ötürülməsi ilə məşğul olur”.

Turkustan.az xəbər verir ki, bu bərədə “caliber.az” diplomatik mənbələrə istinadən məlumat yayıb.

Həmin məqaləni təqdim edirik:

“Ermənistan Baş naziri Nikol Paşinyan isə noyabrın 7-də Budapeştdə Avropa Siyasi Birliyinin sammiti çərçivəsində Makronla görüşüb. Həmin görüşdə Paşinyana İrana lazımi mesajların çatdırılması barədə göstəriş verilib. Bundan sonra, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan noyabrın 14-də İranın xarici işlər naziri Abbas Araqçi, noyabrın 16-da isə Fransanın xarici işlər naziri Jan-Noel Barro ilə telefon danışığı aparıb. Göründüyü kimi, Fransa Yaxın Şərq və Afrikadakı çoxillik təcrübəsindən yararlanmaqla, Ermənistanı yeni müstəmləkəsinə çevirmək üçün Paşinyandan istifadə edir”.

Ermənistanda gözlənilməz istefalar

Ermənistanda gözlənilməz istefalar da bu hadisələrlə bağlıdır.

Xatırladaq ki, bir müddət əvvəl Ermənistanda daxili işlər naziri Vahe Qazaryan, Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin rəhbəri Sasun Xaçatryan, İstintaq Komitəsinin sədri Argişti Karamyan və digər vəzifəli şəxslər istefa veriblər.

Qeyd edək ki, müxalifətə qarşı sərt repressiyaların aparılmasında Paşinyanın keçmiş məktəb dostu və yaxın silahdaşı olan daxili işlər naziri Qazaryanın mühüm rolu olub. Amma buna baxmayaraq, Paşinyana özünün yeni nümayəndəsi kimi baxan Qərb onun istefaya göndərilməsi qarşısında səssiz qalıb.

Çünki Fransa və İran arasında Ermənistan vasitəsilə aparılan məxfi danışıqlara dair məlumatlar məhz istefa verən şəxslərin vasitəsilə sızıdırılıb. Bu şəxslər sırasında ABŞ və digər Qərb strukturları ilə bağlılığı olan şəxslər də var. Məhz məlumatların sızmasından sonra Paşinyan həmin məmurlarla yollarını ayırmaq qərarına gəlib.

Makron rejiminin ikili standartları

Bu məlumatlar həm də Makron rejiminin ikiüzlülüyünü nümayiş etdirir. Çünki Fransa hətta Qərb ölkələrinin siyasətinə zidd gedərək, İranla ayrıca danışıqlar aparır. Avropa Birliyi İrana qarşı yeni sanksiyaları müzakirə və tətbiq edərkən, Makron Ermənistan vasitəsilə Tehranla gizli danışıqlara davam edir.

Bu həm də Fransanın NATO-dakı müttəfiqi ABŞ-a, o cümlədən, yeni seçilmiş prezident Donald Trampa xəyanətidir. Çünki Tramp ABŞ-ın İrana qarşı siyasətini sərtləşdirmək niyyətindədir.

Fransa və İran arasında tarixi əlaqələr

Bununla belə, Parisin Tehrana ənənəvi marağını nəzərə alsaq, Fransa-İran əlaqələrində təəccüblü heç nə yoxdur. Ayətullah Ruhulla Xomeyninin Fransada sürgündə olduğunu və İslam İnqilabından sonra “Air France” təyyarəsi ilə İrana qayıtdığını xatırlamaq kifayətdir. Eyni zamanda, TOTAL və Peugeot kimi fransız şirkətləri Qərbin sanksiyalarına baxmayaraq yaxın vaxtlara qədər İranda fəaliyyətini davam etdirirdi.

Ermənistana silah ötürülməsi

Bu kontekstdə Fransanın Ermənistanın yenidən silahlandırmasında İranın vasitəçiliyini də qeyd etmək vacibdir. Məlum olduğu kimi, Sezar artilleriya sistemlərinin bir hissəsi və digər silahlar İran ərazisindən keçməklə Ermənistana çatdırılıb. Bundan əlavə, Ermənistan İran vətəndaşlarını Fransa kəşfiyyatı üçün işləməyə cəlb etməklə, rəsmi Paris üçün vacib rol oynayır. Bu isə Ermənistan ərazisini xarici ölkələrin əməliyyatları üçün əlverişli məkana çevirir.

Fransanın Ermənistan vasitəsilə İrana dəqiq hansı mesajlar ötürdüyü barədə ətraflı məlumatımız var. Lazım gələrsə, bu məlumatlar da dərc olunacaq”.

Seçilən
84
50
turkustan.az

10Mənbələr