Rusiya nüvə partlayışından yaranan şok dalğaları və radiasiya kimi müxtəlif təhlükələrdən qoruya bilən mobil bomba sığınacaqlarının istehsalına başlayıb.
Viral.az xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyinin tədqiqat institutu məlumat yayıb.
Bildirilir ki, “KUB-M” sığınacağı bu və digər təbii və texnogen təhlükələrdən 48 saat qorunma təmin edəcək.
Son Yazılar:
- Rusiyada nüvə sığınacaqları HAZIRLANIR
- Azərbaycanda yüksək vəzifəyə TƏYİNAT – FOTO
- Su qıtlığı qlobal bir problemdir və bir çox ölkəyə təsir edir
Sığınacaqlar insanları partlayışlar və adi silahların qəlpələri, binalardan düşən dağıntılar, təhlükəli kimyəvi maddələr və yanğınlardan qoruya bilir.
“KUB-M” yük konteynerinə bənzəyir və iki moduldan – 54 nəfərlik otaqdan və texniki blokdan ibarətdir. Ehtiyac yaranarsa, daha çox modul əlavə edilə bilər.