AZ

Millinin qapıçısı “Xankəndi”də

"Xankəndi" daha bir milli üzvünü heyətinə qatıb.

İdman.biz xəbər verir ki, Region Liqası təmsilçisi çimərlik futbolu üzrə Azərbaycan yığmasının qolkiperi Elçin Qasımovla güclənib.

Bu, 35 yaşlı təcrübəli qapıçının böyük futbolda 7-ci klub olacaq. O, buna qədər "Mingəçevir", "Qəbələ", "İnter", "Şuşa Qarabağ", "Qaradağ Lökbatan" və "Xəzər"in (Bakı) şərəfini qoruyub.

Qeyd edək ki, “Xankəndi” Qasımovdan öncə minifutbol üzrə millimizin oyunçuları Ziya Məmmədli, Əliəkbər Şəbiyev və Təmraz Əmircanovu heyətinə qatıb.

İdman.biz

Seçilən
33
4
idman.biz

5Mənbələr