AZ

"2025-ci il üçün hüquqi şəxslərin mənfəət vergisi az proqnozlaşdırılıb"

2025-ci ilin dövlət büdcəsində dörd mədaxil mənbəyində azalma nəzərdə tutulur.

Bunu Milli Məclisin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsində Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib.

O bildirib ki, bu azalmalara baxmayaraq, digər mədaxil mənbələrinin artımla nəzərdə tutulması cəmi gəlirlərin artımla proqnozlaşdırılması ilə nəticələnib:

“2025-ci il üçün hüquqi şəxslərin mənfəət vergisi az proqnozlaşdırılıb, bu azalmanın Dövlət Neft Fondundan transfert, aksiz, ƏDV, fiziki şəxslərin gəlir vergisinin artırılması ilə kompensasiya edilməsi nəzərdə tutulub”.

© APA

Seçilən
15
1
marja.az

2Mənbələr