AZ

"2025-ci il üçün hüquqi şəxslərin mənfəət vergisi az proqnozlaşdırılıb"

2025-ci ilin dövlət büdcəsində dörd mədaxil mənbəyində azalma nəzərdə tutulur.

FED.az xəbər verir ki, bunu Milli Məclisin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsində Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib.

O bildirib ki, bu azalmalara baxmayaraq, digər mədaxil mənbələrinin artımla nəzərdə tutulması cəmi gəlirlərin artımla proqnozlaşdırılması ilə nəticələnib:

“2025-ci il üçün hüquqi şəxslərin mənfəət vergisi az proqnozlaşdırılıb, bu azalmanın Dövlət Neft Fondundan transfert, aksiz, ƏDV, fiziki şəxslərin gəlir vergisinin artırılması ilə kompensasiya edilməsi nəzərdə tutulub”. (Apa)

Seçilən
5
1
fed.az

2Mənbələr