1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
İran Prezidenti Məsud Pezeşkian hökumət iclasında respublikanın paytaxtının köçürülməsi planının hazırlanmasına başlanıldığını elan edib.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə ISNA agentliyi xəbər verib.
Prezident planın hazırlanması üçün birinci müavini Mohammad Reza Arefi məsul təyin edib.
"Bu məsələyə etinasızlıq gələcəkdə ölkəmizin ekoloji böhran və bir çox digər problemlərlə üzləşməsinə səbəb ola bilər", - deyə Pezeşkian vurğulayıb.
Sentyabrın 7-də İran prezidenti paytaxtın Tehrandan Fars körfəzi sahilinə köçürülməsinin zəruriliyini bəyan edib. Onun sözlərinə görə, Tehran hazırda həlli başqa yolla mümkün olmayan problemlərlə üzləşir.
İran Məclisinin (birpalatalı parlament) daxili siyasət komitəsinin üzvü Ruhulla Musəvi müvafiq hazırlıq aparılarsa, bu ideyanın tam həyata keçirilə biləcəyini bildirib.