AZ

Yerdə hər 26 saniyədən bir səbəbi bilinməyən seysmik təkanlar baş verir

1962-ci ildə Kolumbiya Universitetinin alimi Con Oliver “Yerin nəbzi” adlı fenomeni ilk dəfə sənədləşdirib. Bu, planetin kalibrlənmiş metronomun dəqiqliyi ilə yaratdığı sirli seysmik impulsdur: hər 26 saniyədən bir.

 

Bu barədə “Planet Today” nəşri məlumat yayıb.

 

Tədqiqatçı müəyyən edib ki, bu ritmik titrəyişlərin mənbəyi Cənubi Atlantikada lokallaşdırılıb. Yay aylarında təkanların intensivliyi artır.

 

İki onillikdən sonra, 1980-ci ildə amerikalı geoloq Qeri Holkomb yenidən fenomenə diqqət çəkib. O, tufanlar zamanı seysmikliyin artdığını qeyd edib. Və yenə də təxminən 20 il ərzində onlar sirli hadisəni unudublar.

 

Sonra “Yerin nəbzi” yenidən müəyyən edilib və Kolorado Universitetinin tələbəsi Qreq Bensen tərəfindən araşdırılmağa başlanılıb.

 

Müasir alətlər dəstindən istifadə edilərək, pulsasiyanın daha dəqiq lokalizasiyası da müəyyən edilib. Mənbə Afrikanın qərb sahillərində, Biafra bölgəsində aşkarlanıb. Amma alimlər yenə də müəmmalı hadisənin səbəblərini anlaya bilməyiblər.

 

Bəzi alimlər hesab edir ki, seysmik təkanlar okean dibinin deformasiya etməsi nəticəsində yaranır. Digər bir fərziyyəyə görə, buna səbəb vulkanlardır./Report

Tarix: 24 Noyabr 2023, 07:22   
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
557
3
pravda.az

10Mənbələr