Əsrin sonunda proqnozlaşdırılan həddindən artıq isti və quraqlığın araşdırmalar nəticəsində daha tez gələcəyi ehtimalı elm adamlarının narahatlığına səbəb olub.
Publika.az xəbər verir ki, araşdırmanın nəticələri "Communications Earth & Environment" jurnalında dərc olunub.
Mütəxəssislər, 2050-2075-ci illər arasında Avropada iki illik həddindən artıq istilərin və beş il ərzində böyük quraqlığın olacağı ehtimalının on faizdən çox olduğunu bildiriblər. Bu təbii fəlakətlərin yalnız 21-ci əsrin sonlarına doğru mülayim istiləşmə ssenarisi altında baş verəcəyi proqnozlaşdırılıb.
Lakin uzunmüddətli istilik və quraqlıq hadisələrinin ildən-ilə təkrarlanması ehtimalı, əvvəllər qeyd olunduğu kimi 2050-2074-cü illərdə yox, 2030-2039-cu illərdə reallaşa bilər.
Bundan əlavə, Şimali Atlantikada dəniz səthinin temperaturu orta səviyyədən yüksək olacaq və bu, Avropada quru və isti şəraitə gətirib çıxaracaq.