Aktual.az xəbər verir ki, bu barədə "Indian Defense Research Wing” (IDRW) məlumat yayıb.
"Bu, əvvəllər Ermənistana təhvil verilmiş, ölkənin müxtəlif landşaftlarında müstəsna imkanlar nümayiş etdirən ATAGS-in uğurlu fəaliyyətinin nəticəsidir. Altı haubitsadan ibarət ilk partiya Ermənistanda həm yüksək dağlıq ərazilərdə, həm də düzənliklərdə geniş sınaqdan keçirilib.
Sınaqlar uzun məsafələrdə dəqiqliyi və yüksək etibarlılığı təsdiqləyib, bu da Ermənistan hakimiyyətini daha geniş miqyasda satın almağı düşünməyə vadar edib.
Ermənistan Müdafiə Nazirliyi ATAGS-ın yeni partiyasını təkmilləşdirmək üçün hərbçilərin istəklərini ifadə edib. Artıq silahın işini asanlaşdıran erməni dilində interfeys də var. Ermənistanın artilleriya sistemini ordusunun xüsusi tələblərinə uyğunlaşdırmaq üçün kiçik təkmilləşdirmələr təklif edəcəyi gözlənilir. Əlavə 78 ədəd ATAGS qurğusu üçün perspektiv saziş Ermənistan və Hindistan arasında artan müdafiə əməkdaşlığında növbəti mərhələdir”, - deyə bildirilib.
Qeyd edək ki, son illər Ermənistan Hindistanın silahlarının əsas alıcısına çevrilib.