AZ

COP29-da Ermənistanın Azərbaycana qarşı törətdiyi ekosiddən bəhs edən “Bir ovuc dünya” adlı yeni sənədli filmin təqdimatı keçirilib

Bakı.Trend:

2024-cü il noyabrın 20-də COP29 çərçivəsində Yaşıl Zonada MilliQHT Pavilyonunda “Azərbaycan Jurnalistlər Şəbəkəsi” İctimaiBirliyinin ərsəyə gətirdiyi “Bir ovuc dünya” adlı sənədli filmintəqdimatı olub.

Trend xəbər verir ki,Ermənistanın işğalı zamanı Qarabağ və Şərqi Zəngəzurda törətdiyiekosiddən bəhs edən sənədli filmin müəllifi tanınmış jurnalist AyazMirzəyevdir.

Filmin təqdimat mərasimində Azərbaycan RespublikasıPrezidentinin Administrasiyasının, Qeyri-Hökumət TəşkilatlarınaDövlət Dəstəyi Agentliyinin, Azərbaycan Milli QHT Forumunun İdarəHeyətinin məsul şəxsləri, o cümlədən Keniyanın “SMACHSFoundation”nun qurucusu Şarlin Ruto (Charlene Ruto) da iştirakedib.
Təqdimat mərasimindən sonra filmin ictimai müzakirəsi keçirilib.İştirakçılar ingilis dilində hazırlanmış ekran işi barəsindəfikirlərini səsləndiriblər.

Sənədli filmin yaxın vaxtlarda daha geniş təqdimatıkeçiriləcək.

Tədbir çərçivəsində ”SMACHS Foundation”nun qurucusu Şarlin RutoErmənistanın mina çirkləndirilməsinə məruz qoyduğu Azərbaycantorpaqlarında minaya düşmüş şəxslərin fotosərgisi ilə də tanışolub.
“Düyməni sıxan ayaqlar” adlı fotosərgi ziyarətçilərdə dərintəəssürat yaradıb.

Qeyd edək ki, Ermənistanın Azərbaycana qarşı ekolojicinayətlərindən və mina müharibəsindən bəhs edən hər iki layihənindonoru Qeyri-Hökumət Təşkilatlarına Dövlət DəstəyiAgentliyidir.

Məqalədə:
Seçilən
21
7
az.trend.az

8Mənbələr