AZ

COP29-da Ermənistanın Azərbaycana qarşı törətdiyi ekosiddən bəhs edən yeni sənədli filmin təqdimatıkeçirildi

COP29 çərçivəsində Yaşıl Zonada Milli QHT Pavilyonunda “Azərbaycan Jurnalistlər Şəbəkəsi” İctimai Birliyinin ərsəyə gətirdiyi “Bir ovuc dünya” adlı sənədli filmin təqdimatı olub.

Redaktor.az-ın məlumatına görə, Ermənistanın işğalı zamanı Qarabağ və Şərqi Zəngəzurda törətdiyi ekosiddən bəhs edən sənədli filmin müəllifi Ayaz Mirzəyev, prodüseri isə Orxan Cabbarlıdır.

Filmin təqdimat mərasimində Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin, Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin məsul şəxsləri, o cümlədən Keniyanın “SMACHS Foundation”nun qurucusu Şarlin Ruto (Charlene Ruto) da iştirak edib.

Təqdimat mərasimindən sonra filmin ictimai müzakirəsi keçirilib. İştirakçılar ingilis dilində hazırlanmış ekran işi barəsində fikirlərini səsləndiriblər.

Sənədli filmin yaxın vaxtlarda daha geniş təqdimatı keçiriləcək.

Qeyd edək ki, Ermənistanın Azərbaycana qarşı ekoloji cinayətlərindən bəhs edən layihənin donoru Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.

22222
Seçilən
15
7
redaktor.az

9Mənbələr