2024-cü ilin yanvar-oktyabr aylarında Azərbaycana 205 milyon 427 min dollar dəyərində 948 min 815 ton buğda idxal edilib.
Bizim.Media Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu göstərici 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə həcm baxımından 0.05% və ya 463 ton, məbləğ baxımından isə 17% və ya 41.9 milyon dollar azdır.
Xatırladaq ki, hesabat dövründə buğda idxalı Azərbaycanın ümumi idxalının 1.23%-nə bərabər olub.
Qeyd edək ki, 2024-cü ilin 10 ayında ölkəyə idxal edilmiş buğdanın 1 tonunun orta qiyməti, ötən ilin müvafiq dövrü ilə müqayisədə 17% azalaraq 368 manat təşkil edib.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta