AZ

Buğda idxalının həcmi 0.05% azalıb

2024-cü ilin yanvar-oktyabr aylarında Azərbaycana 205 milyon 427 min dollar dəyərində 948 min 815 ton buğda idxal edilib.

Fins.az,  Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu göstərici 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə həcm baxımından 0.05% (463 ton), məbləğ baxımından isə 17% (41.9 milyon dollar) azalıb.

Buğda idxalı Azərbaycanın ümumi idxalının 1.23%-ni təşkil edib.

Bu dövr ərzində idxal edilmiş buğdanın 1 tonunun orta qiyməti 368 manat olub, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 17% azalma nümayiş etdirir.

Fuad Mədətov
Fins.az

Seçilən
1
6
fins.az

9Mənbələr