AZ

Tramp Baş prokuror kimi bu qadını seçmək istəyir

ABŞ-nin seçilmiş lideri Donald Tramp Florida ştatının keçmiş prokuroru Pamela Bondinin ABŞ baş prokuroru vəzifəsinə namizədliyini irəli sürüb.

“Qafqazinfo” xəbər verir ki, o, bu haqda öz “Truth” hesabında yazıb.

Tramp paylaşımında Pam Bondininin 20 il bu vəzifəni icra etdiyini və gördüyü işləri qeyd edib:

“Floridanın ilk qadın Baş prokuroru kimi, onun narkotik qaçaqmalçılığı və “ağ ölüm”ün azaldılması məqsədilə çoxlu töhfələri olub.

Pam cinayətlə mübarizədə və Amerikanı yenidən təhlükəsiz edəcək. Mən onu uzun illərdir tanıyıram. Pam ağıllı və sərtdir. Baş Prokuror kimi çox gözəl iş görəcək!”

Qeyd edək ki, dünən ABŞ-ın sabiq konqresmeni Mett Getz ABŞ Baş prokuroru vəzifəsindən imtina etdiyini və bu vəzifə üçün namizədliyinin təsdiqi üçün mübarizə aparmayacağını açıqlayıb.

Seçilən
33
2
qafqazinfo.az

7Mənbələr