AZ

Tramp baş prokuror vəzifəsinə Pamela Bondinin namizədliyini irəli sürüb

Tramp

ABŞ-ın yeni seçilmiş lideri Donald Tramp Florida ştatının keçmiş prokuroru Pamela Bondinin ABŞ baş prokuroru vəzifəsinə namizədliyini irəli sürüb.

APA xəbər verir ki, bu haqda Tramp öz “Truth” hesabında yazıb.

"Pamın rəhbərliyi altında Ədliyyə Departamenti bir daha öz məqsədinə - cinayətlə mübarizəyə və Amerikanı yenidən təhlükəsiz etməyə yönəldəcək. Mən Pamı uzun illərdir tanıyıram. O, ağıllı, sərtdir və Baş Prokuror kimi əla iş görəcək", - deyə Tramp bildirib.

Qeyd edək ki, dünən ABŞ-ın sabiq konqresmeni Mett Getz ABŞ Baş prokuroru vəzifəsindən imtina etdiyini və bu vəzifə üçün namizədliyinin təsdiqi üçün mübarizə aparmayacağını açıqlayıb.

Seçilən
1
5
xalqcebhesi.az

8Mənbələr