Rusiyanın “Oreşnik” ballistik raketinin buraxılışı Ukraynaya qarşı deyildi, və Qərbə Rusiyanın raket qarşıdurmasına hazır olması barədə mesaj oldu...
Poliqon xəbər verir ki, bu fikri Londondakı Kral Birləşmiş Müdafiə Araşdırmaları İnstitutunun hərbi elmlər şöbəsinin rəhbəri Metyu Sevil bildirib. Ekspertin mövqeyini Associated Press Agentliyi (AP) yayıb.
“Bu, həqiqətən də Qərbə bir siqnaldır. Biz orta mənzilli ballistik raketlər yarışına daxil olmaqdan məmnunuq. Siz həqiqətən də bu riski götürməyə hazırsınızmı?”, Sevil qeyd edib.
Qeyd edək ki, dünən, müraciətində Vladimir Putin bildirib ki, Rusiya Dnepropetrovskdakı Cənub Maşınqayırma Zavoduna hücumda orta mənzilli “Oreşnik” ballistik raketindən istifadə edib. Rusiya prezidentinin sözlərinə görə, bu, Qərb ölkələrinin Ukrayna ordusuna Rusiya ərazisində uzaqmənzilli raketlərdən istifadə etmək icazəsinə cavab olub. Vladimir Putin vurğulayıb ki, bundan sonra münaqişə qlobal xarakterli elementlər qazanıb.
Poliqon.info