AZ

Xaricdən idxal olunan buğda 17% ucuzlaşıb


Bu ilin ilk 10 ayı ərzində xarici ölkələrdən Azərbaycana 205,4 milyon dollar dəyərində 948,8 min ton buğda idxal olunub.
Yeniavaz.com
açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, xaricdən gətirilən buğdanın 1 tonunun orta gömrük dəyəri 216,5 dollar (368 manat) olub.
Qeyd edək ki, ötən ilin eyni dövrü ilə müqayisədə idxal olunan buğdanın miqdarı dəyişməsə də gömrük dəyəri aşağı düşüb. Belə ki, ötən ilin ilk 10 ayında xaricdən 949,3 min ton buğda gətirilib və 1 tonunun orta gömrük dəyəri 260,5 dollar (443 manat) olub.
Açıqlanan məlumatlardan da göründüyü kimi, son bir ildə idxal olunan buğdanın qiyməti 17% aşağı düşüb.

Murad Məmmədov
Seçilən
30
21
yeniavaz.com

10Mənbələr