Goranboyda qadın bıçaqlanıb. 1news.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə rayonun Nərimanlı kəndi ərazisində qeydə alınıb. Lerik rayon sakini 1990-cı il təvəllüdlü Samir Akif oğlu İbrahimovun qeyri-rəsmi münasibətdə olduğu Balakürd kənd sakini 1990-cı il təvəllüdlü G.F.-nin bel nahiyəsindən 2 bıçaq zərbəsi vurub, sonra avtomobillə üzərindən keçdiyi bildirilir. Qadın ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma başlanılıb.