Goranboyda bıçaqlanma hadisəsi baş verib.
News24.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Nərimanlı kəndi ərazsində qeydə alınıb. Lerik rayon sakini 1990-cı il təvəllüdlü İbrahimov Samir Akif oğlu Balakürd kənd sakini 1990-cı il təvəllüdlü Fərəcova Gözəl Rasim qızını bel nahiyəsindən 2 bıçaq zərbəsi vurub. Onun sonra avtomobillə qadının üstündən keçdiyi bildirilir.
G. Fərəcova xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.