"Görünür, bəzi insanlar fərqli bir məqsədlə, yəni ötən il Dubayda əldə etdiyimizi geri qaytarmaq məqsədilə gəliblər. Biz Səudiyyə Ərəbistanından dəfələrlə eşitmişik ki, artıq qərar verilmiş şey yekun deyil və mətnə daxil edilə bilməz. Lakin iqlim dəyişikliyinin təsirinin azaldılması üçün iqlim maliyyəsi lazımdır ki, hər kəs bunu ödəyə bilsin. Müvafiq olaraq, biz - Avropa nümayəndə heyəti olaraq mətnləri intensiv şəkildə müzakirəyə davam edirik".
seher.media xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Annalena Berbok COP29 çərçivəsində Bakıda keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, iqlimin maliyyələşdirilməsini və yumşaldılmasını birlikdə nəzərdən keçirən dövlətlər arasında ortaq işi davam etdirmək istəyirlər:
"Bakıda qitələri əhatə edən iqlim koalisiyasının yaradılması üçün dünən axşam və səhərə qədər görüşləri davam etdirdik. Bu, açıq şəkildə o deməkdir ki, iqlimin maliyyələşdirilməsinə yeni yanaşma lazımdır. Avropa etibarlı tərəfdaşdır və 2005-2030-cu illər arasında öz öhdəliklərini yerinə yetirməyə davam edəcək.
Yeni məbləğ üçün donor bazasını əhəmiyyətli dərəcədə genişləndirsək, iqlim problemlərini yalnız ən çox təsirlənən ölkələrin maraqlarına uyğun olaraq maliyyə cəhətdən qarşılaya bilərik. Bu o deməkdir ki, inkişaf banklarından, ikitərəfli tədbirlərdən kənarda bunu ödəyə biləcək yeni əsas emitentlər var".
Məhərrəm Əliyev