AZ

Alimlər yer üzündə insanın gözlənilməz varisinin adını açıqlayıblar

Bəşəriyyətin yox olması halında, səkkizayaqlılar (oktapodlar) Yer üzündə yeni bir ağıllı sivilizasiya yarada bilərlər. Bu barədə Oksford Universitetinin zooloqu Tim Koulson “The European”a danışıb.

Tədqiqatlar göstərir ki, genetik mutasiyaların yaratdığı təkamül səkkizayaqlılar heyrətamiz qabiliyyətlər bəxş edib: yüksək intellekt, problem həll etmək bacarığı, kamuflyaj etmək və ətraf mühitlə effektiv qarşılıqlı əlaqə yaratmaq. Bu dəniz canlıları, skeletin olmamasına baxmayaraq, dəyişən şəraitdə sağ qalmağa imkan verən fenomenal uyğunlaşma qabiliyyəti nümayiş etdirirlər.

Professor Koulson hesab edir ki, səkkizayaqlılar nəhayət inkişaf etmiş sosial strukturları olan sualtı sivilizasiyalar yarada bilərlər. Onların tam hüquqlu quru sakinləri olmaq ehtimalı az olsa da, nəfəslərini 30 dəqiqəyə qədər tutmaq və quruda ovlamaq qabiliyyəti sonrakı təkamül inkişafı stimullaşdıra bilər. Alim təklif edir ki, gələcəkdə oktapodlar hətta onların havada qalma müddətini uzadan texnologiyalar ixtira edə bilərlər.

Bununla belə, digər növlər kimi oktapodların da gələcəyi qeyri-müəyyən olaraq qalır. Təkamül prosesləri gözlənilməzdir və ekoloji fəlakətlər və ya kütləvi məhvlər kimi qlobal dəyişikliklər onların inkişaf trayektoriyasını kökündən dəyişə bilər.

Almaz Həsənli

Seçilən
2
1
oxumeni.az

10Mənbələr