AZ

Paşinyandan delimitasiya ilə bağlı yeni açıqlama: COP29-dan sonra...  

Növbəti görüşdə Ermənistan və Azərbaycan dövlət sərhəd komissiyaları delimitasiya üçün yeni seqment seçəcək.

Musavat.com xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Ermənistanın İctimai Televiziyasına müsahibəsində deyib.

O xatırladıb ki, oktyabrda keçirilən son iclasda komissiyalar qarşılıqlı əsasda sərhədin hansı hissələrində delimitasiyanın davam etdirilməsi ilə bağlı təkliflər vermək barədə razılığa gəliblər. Ermənistan tərəfi öz yanaşmalarını, Azərbaycan tərəfi öz yanaşmalarını təqdim edib.

Baş nazir qeyd edib ki, növbəti iclasda prosesin harada davam etdiriləcəyinə qərar veriləcək.

“Bildiyiniz kimi, Azərbaycanda beynəlxalq forum keçirilir və mən hesab edirəm ki, ən azı,  COP29-dan sonra bu proseslərin davam edəcəyi anlayışı var”, - deyə baş nazir bildirib.

Qeyd edək ki, İrəvan və Bakı avqustun 30-da sərhədlərin delimitasiyası və demarkasiyası komissiyalarının birgə fəaliyyəti haqqında Əsasnamə imzalayıb. İlk delimitasiya Tavuş bölgəsində təxminən 6 km ərazidə aparıldı.

 

Şahanə Rəhimli
Musavat.com

Seçilən
17
1
musavat.com

6Mənbələr