Misli Premyer Liqasının XIV turunun "Sumqayıt" - "Şamaxı" matçından (2:1) sonra qonaqların baş məşqçisi Ayxan Abbasovun mətbuat konfransı keçirilib.
"Sumqayıt"ı qələbə münasibəti ilə təbrik edirəm. Bu gün klubun 75 illiyi idi. Maraqlı və dinamik oyun oldu. Hər iki komanda qalib gəlmək istəyirdi. Yaxşı mübarizə gedirdi. Oyun baxımından razı qaldım. Sadəcə bir xalı çıxarmalıydıq. Çox təəssüf ki, qapımızda yenə penalti gördük. Top təsadüfən futbolçumuzun əlinə dəydi. Ondan qabaqkı epizodu qola çevirsəydik, hər şey başqa cür olacaqdı. Məğlubiyyəti unudub, qarşıdakı matça hazırlaşacağıq. Çempionat gərgin keçəcək".
Rahilin komandası məğlub olub
Orxan Əliyev: "İstədiyimiz futbolu göstərə bilmədik" - Müsahibə
Berdıyev onu komandasında istəyir - Özəl
U-18 millimiz Qəbələdə təlim-məşq toplanışı keçəcək
“Neftçi”nin futbolçusu: “Sevinirəm ki…”