"Şamaxı"nın baş məşqçisi Ayxan Abbasov Misli Premyer Liqasının 14-cü turunda səfərdə "Sumqayıt"a 1:2 hesabı ilə uduzduqları oyundan sonra keçirilən mətbuat konfransında iştirak edib.
QOL.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, o deyib:
"Sumqayıt"ı təbrik edirəm. Bu gün klubun 75 illiyi idi. Maraqlı və dinamik oyun oldu. Hər iki komanda qalib gəlmək istəyirdi. Yaxşı mübarizə gedirdi. Oyun baxımından razı qaldım. Amma nəticə baxımından ən azı bir xalı çıxarmalıydıq. Çox təəssüf ki, qapımızda yenə penalti gördük. Top təsadüfən futbolçumuzun əlinə dəydi. Bəlkə də, ondan qabaqkı epizodu qola çevirsəydik, oyun başqa cür olacaqdı. Bilirik ki, çempionat gərgin keçəcək. Bundan sonra daha da ağır olacaq. Məğlubiyyəti unudub, qarşıdakı matça hazırlaşacağıq".