AZ

Volkswagen "Polo" modelindən imtina etmək fikrini dəyişdi - FOTO

"Volkswagen" 2025-ci ildə "Polo" modelinin ömrünü uzadacaq. Məşhur hetçbek modelini  restaylinq gözləyir.

“İki sahil” “Kommersant”a istinadla xəbər verir ki, bu barədə şirkətin tədqiqat və inkişaf şöbəsinin rəhbəri Kay Qrünits “Autocar” jurnalına bildirib.

Onun sözlərinə görə, gələn il üçün nəzərdə tutulan "Polo" yeniləməsi irimiqyaslı olacaq.

İndiki nəsil "Volkswagen" "Polo" 2017-ci ildə debüt edib və ilk restylinqini 2021-ci ildə olub. Daha sonra Almaniya konserninin rəhbərliyi ehtimal edib ki, şirkət Avro-7 ekoloji standartlarının tətbiqi ilə bağlı "Polo" formatlı modellərdən imtina edə bilər.

2024-cü ildə "Volkswagen" "Polo"nun Avropada istehsalını başa çatdırıb. Almaniya konserni elektromobillər istehsal etməyi planlaşdırır. "Polo" Cənubi Afrika və Braziliyadakı fabriklərdə istehsal olunmağa davam edir. Eyni zamanda, "Volkswagen" artıq "Polo"nun birbaşa varisini hazırlayır, bu, premyerası 2025-ci ilə planlaşdırılan ID.2 elektromobili olacaq.

Seçilən
28
10
ikisahil.az

10Mənbələr