“Kəpəz”lə oyundan sonra 2 gün istirahət edən “Araz-Naxçıvan” məşqlərini bərpa edib.
QOL.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, komanda bu gün Buzovna qəsəbə stadionundakı məşqdə isinmə hərəkətlərindən sonra gücün bərpasına aid çalışmalar yerinə yetirib.
“Qırmızı-ağlar”da bir müddət əvvəl cərrahiyyə əməliyyatı olunan kapitan Vadim Abdullayev və zədə səbəbindən kənarda qalan Bayraməli Qurbanov fiziki hazırlıq üzrə məşqçi Teodor Terzievin rəhbərliyi altında fərdi məşqlərə başlayıb.
Qeyd edək ki, Elmar Baxşıyevin komandası Misli Premyer Liqasının 15-ci turunda “Turan Tovuz”la qarşılaşacaq. Mərdəkandakı “Liv Bona Dea Arena”da keçiriləcək görüş saat 16:00-da start götürəcək.