AZ

Türkiyədə qurulan İran şirkətlərinin sayı azalıb

2024-cü ilin yanvar-oktyabr aylarında Türkiyədə İran kapitalı ilə 293 şirkət qeydiyyatdan keçib, bu isə 2023-cü ilin eyni dövrü ilə müqayisədə 343 şirkət azdır.

Fins.az xəbər verir ki, bu barədə Türkiyə Ticarət və Sənaye Palatasından (TOBB) məlumat verilib.

Məlumata görə, qeydiyyata alınan İran şirkətlərinin ümumi kapitalı 307 milyon 770 min türk lirəsi olub. Bu, 2023-cü ilin eyni dövründə qeydə alınan 797 milyon 410 min türk lirəsi ilə müqayisədə əhəmiyyətli dərəcədə aşağıdır.

TOBB həmçinin qeyd edib ki, İstanbul 2024-cü ilin yanvar-oktyabr aylarında qeydiyyata alınan İran şirkətlərinin əksəriyyətini (264 şirkət) qəbul edib. Bu şirkətlərin ümumi kapitalı isə 269 milyon 270 min türk lirəsi təşkil edib.

Hesabat dövründə qeydiyyata alınan İran şirkətlərinin 127-si ticarət sahəsində fəaliyyət göstərir, qalanları isə müxtəlif digər iqtisadi sahələri əhatə edir.

Fuad Mədətov
Fins.az

Seçilən
1
28
fins.az

10Mənbələr